Sabirabadda ana ölümü baş verdi
06 avqust 2016 00:25 (UTC +04:00)

Sabirabadda ana ölümü baş verdi

0

Sabirabadda hamilə qadın qeysəriyyə əməliyyatından 4 gün sonra dünyasını dəyişib.

 

APA-nın mərhumun qohumlarından əldə etdiyi məlumata görə, hadisə ötən gün saat 22.00 radələrində Sabirabad rayon Perinatal Mərkəzində qeydə alınıb.

 

Ucar rayonu Alpout kənd  sakini, 1980-ci il təvəllüdlü Seyfəliyeva Familə Aydın qızı 4 gün əvvəl ağır vəziyyətdə qarnında ölü döl ilə mərkəzə daxil olub. Ananın bətnində olan ölü döl qeysəriyyə əməliyyatı ilə götürülüb. Lakin səhhətində baş verən ağırlaşmadan sonra ana 4 gün sonra, avqustun 5-də axşam saatlarında dünyasını dəyişib.

 

Meyit müayinə olunmaq üçün Sabirabad Məhkəmə Tibbi ekspertiza və Pataloji Anatomiya  mərkəzinə verilib. Ölümün səbəbi ekspertizanın rəyindən sonra açıqlanacaq.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar