Sabirabad rayonu, Əsgərbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 65 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və evə bitişik ümumi sahəsi 25 m2 talvar yanıb. Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 10:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bundan başqa, Yardımlı rayonu, Mamulğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları 30 m2sahədə və talvarın altına yığılmış 6 ton ot tayasının 2 tonu yanıb. Talvarın və ot tayasının qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.