Sabirabadda 3 otaqlı ev yandı
16 may 2016 03:29 (UTC +04:00)

Sabirabadda 3 otaqlı ev yandı

0

Sabirabadda yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Sabirabad rayonu, Yolçubəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı evin yanar konstruksiyaları 80 kv.m sahədə yanıb.

 

Yanğın zamanı evdə olan 2 ədəd boş və 1 ədəd dolu 50 litrlik məişət qaz balonu evdən çıxarılıb, partlayışın qarşısı alınıb. Yanğın saat 02:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 255

Oxşar yazılar