Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində havanın pisləşəcəyi ilə bağlı xəbərdarlıq edib. Nazirlikliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 2-3-də gecə və səhər şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.
Azərbaycanın rayonlarında iyulun 5-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
***
12:44
İyulun 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Abşeron yarımadasında gecə 20-24, gündüz 28-32, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında əsasən bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 31-36, dağlarda gecə 13-18, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.