Sabah Azərbaycana leysan yağacaq, dolu düşəcək - <span style="color:red;">PROQNOZ
11 iyun 2016 12:17 (UTC +04:00)

Sabah Azərbaycana leysan yağacaq, dolu düşəcək - PROQNOZ

0

İyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir, arabir güclənən şimal-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-24, Bakıda gecə 15-17, gündüz 21-23 dərəcə olacaq.

 

Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 14-18, gündüz 22-27, dağlarda gecə 6-11, gündüz 12-17 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 338

Oxşar yazılar