<b>Hava pisləşəcək -</b> <span style="color:red;">XƏBƏRDARLIQ
23 may 2016 12:48 (UTC +04:00)

Hava pisləşəcək - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mayın 24-ü axşam, 25-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

 

***

 

12:18

 

Mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın  dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər zəif duman olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi axşam şimal qərb küləyi ilə əvəz olunacaq.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə  14-17, gündüz 24-28, Bakıda gecə 14-16, gündüz 25-27 dərəcə isti olacaq.  

 

Sabah Azərbaycanın rayonlarında havanın gündüz əsasən yağmursuz olacağı, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə  13-18, gündüz 26-31 dərəcə isti, dağlıq rayonlarda gecə 7-12,  gündüz  15-20 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 127
avatar

Fərizə Əhmədova

Oxşar yazılar