Saatlıda QAZ, Sumqayıtda  "Mercedes" yandı
15 avqust 2015 04:46 (UTC +04:00)

Saatlıda QAZ, Sumqayıtda "Mercedes" yandı

Saatlıda və Sumqayıtda ötən gün axşam saatlarında yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Saatlı rayonu, Musalı kəndində (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus QAZ markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 18:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Sumqayıt şəhərində vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin salonu və yük hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 255
avatar

Oxşar yazılar