Saatlıda maşın 10 yaşlı uşağı vurub öldürdü
04 oktyabr 2014 12:36 (UTC +04:00)

Saatlıda maşın 10 yaşlı uşağı vurub öldürdü

0

Saatlı rayonunda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Saatlı rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Saatlı şəhərindən keçən dəmiryol xəttinin yaxınlığında qeydə alınıb. Saatlı şəhər sakini, 2004-cü il təvəllüdlü Heydərov Mirspən Adil oğlu yolu keçərkən naməlum avtomobil tərəfindən vurulub. M.Heydərov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sürücü hadisə yerindən qaçıb. Hazırda Saatlı rayon Polis Şöbəsinin əməliyyat qrupu hadisə yerindən yayınan sürücünün və avtomobilin axtarışlarını davam etdirir.

 

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1139

Oxşar yazılar