Saatlıda keçmiş məhkum narkotik bitki yetişdirdiyinə görə saxlanıldı
19 iyun 2016 23:07 (UTC +04:00)

Saatlıda keçmiş məhkum narkotik bitki yetişdirdiyinə görə saxlanıldı

0

Saatlı sakini narkotik xassəli bitki yetişdirdiyinə görə saxlanılıb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı polis şöbəsi əməkdaşlarının “Xaş-Xaş 2016” əməliyyat planına uyğun keçirdikləri tədbir zamanı Mustafabəyli  kənd sakini, əvvəllər məhkum olunmuş Qəhrəmanov Elnur Gülağa oğlunun  həyətyanı sahəsindən və yaşadığı evdən xüsusi qablarda yetişdirdiyi 27 ədəd çətənə kolu aşkar edib.

 

Aqrotexniki ekspertizanın rəyinə görə, saxlanılan şəxs tərəfindən  narkotik xassəli çətənə kollarını aqrotexniki qaydada  qulluq etməklə becərib.

 

Faktla bağlı Saatlı polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar