Saakaşvili axtarışa verildi
14 avqust 2014 23:46 (UTC +04:00)

Saakaşvili axtarışa verildi

0

APA-nın “Qruziya-onlayn” saytına istinadən verdiyi xəbərə görə, o, Gürcüstan sərhədini keçən kimi saxlanılacaq.

 

İyulun 28-də  Gürcüstan Baş Prokurorluğu Saakaşvili barəsində cinayət işinin başlandığını elan edib. Sabiq dövlət başçısına 2007-ci ilin oktyabrın 7-də müxalifət aksiyasının dağıdılması, “İmedi” telekanalını viran edilməsilə bağlı iş üzrə vəzifə səlahiyyətlərini aşmaqda qiyabi olaraq ittiham irəli sürülüb.

 

Bundan başqa, Gürcüstan Respublikası Baş Prokurorluğu onun 8,8 milyon lari (təxminən 5 milyon ABŞ dolları) miqdarında dövlət vəsaitini mənimsədiyini iddia edir.

 

Saakaşvilinin adı həmçinin 2005-ci ildə Gürcüstan Parlamentinin deputatı Valeri Qelaşvilinin döyülməsinin təşkilində çəkilir. Bu işin digər iştirakçısının isə keçmiş baş nazir Vano Merabişvilinin olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1905

Oxşar yazılar