Rusiyaya məxsus texnikanın əsas hissəsi və qoşunlar Qəbələ RLS-dən çıxarılıb
25 may 2013 12:02 (UTC +04:00)

Rusiyaya məxsus texnikanın əsas hissəsi və qoşunlar Qəbələ RLS-dən çıxarılıb

 

“Rusiyaya məxsus avadanlıq və texnikanın Qəbələ RLS-dən çıxarılması bir neçə həftədən sonra başa çatacaq”.

Lent.az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin söyləyib.

Vladimir Doroxin bildirib ki, texnikanın əsas hissəsi Qəbələ RLS-dən artıq çıxarılıb: “Qoşunlar da oradan çıxarılıb. Hazırda isə ikitərəfli sazişə əsasən Rusiyaya məxsus olan avadanlıq və texnikanın Qəbələ RLS-dən çıxarılması prosesi gedir. Düşünürəm ki, yaxın bir neçə həftə ərzində bu proses başa çatacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 419
avatar

Oxşar yazılar