Rusiyada Azərbaycan vətəndaşı olan “nurçular” saxlanılıb
04 mart 2013 16:18 (UTC +04:00)

Rusiyada Azərbaycan vətəndaşı olan “nurçular” saxlanılıb

Rusiya Federal Təhlükəsizlik Bürosunun Sankt-Peterburq və Leninqrad vilayəti üzrə İdarəsinin əməkdaşları Rusiyada fəaliyyəti yasaqlanmış “nurçuluq” cərəyanının 10 nümayəndəsini saxlayıblar. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, yaxalananlardan 5-i Rusiya, 4-ü Azərbaycan, 1-i isə Türkmənistan vətəndaşıdır. Onların üzərindən Rusiya məhkəmələri tərəfindən qadağan olunmuş türk və rus dillərində ədəbiyyat tapılıb. Saxlanılanlar haqqında qətimkan tədbirinin seçilməsi nəzərdən keçirilir.

 

Qeyd edək ki, “nurçuluq” cərəyanı Rusiyada “ekstremist təşkilat” kimi tanınıb. Bu ölkə Ali Məhkəməsinin 10 aprel 2008-ci il tarixli qərarı ilə nurçuların Rusiya ərazisində fəaliyyəti qadağan edilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1633
avatar

Oxşar yazılar