Rusiyada 14 yaşlı azərbaycanlı əlil məktəbli avtobusda vəhşicəsinə döyüldü!
03 noyabr 2013 11:17 (UTC +04:00)

Rusiyada 14 yaşlı azərbaycanlı əlil məktəbli avtobusda vəhşicəsinə döyüldü!

Rusiyanın Zelenoqrad şəhərində 14 yaşlı əlil azərbaycanlı məktəbli rus şovinisti tərəfindən vəhşicəsinə döyülüb. APA TV-nin məlumatına görə, bu vəhşilik avtobusda baş verib. Oğlanın qeyri-slavyan xarici görünüşünü ələ salan xuliqan miqrantların ünvanına təhqiramiz söyüşlər söyməyə başlayıb. O daha sonra müdafiəsiz vəziyyətdə olan azərbaycanlı məktəbliyə zərbələr endirib. Şahidlərin sözlərinə görə, məktəbli qan içində olub, rus şovinisti isə dayanmadan onun başına və qarın nahiyəsinə yumruq və təpiklə vurmaqda davam edib. Qadın sərnişinlərdən biri əlil azərbaycanlını rusun əlindən almağa çalışsa da, buna nail ola bilməyib. İnsidentin qarşısı yalnız avtobus dayanacağında növbə çəkən polislər işə qarışdıqdan sonra alınıb. 10 ildir Zelenoqradda yaşayan əlil azərbaycanlı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona kəllə beyin travması və göz nahiyəsinin ciddi zədələnməsi diaqnozu qoyulub. Xuliqan isə polis tərəfindən saxlanıb. Azərbaycanlını döyən şəxs milli zəmində cinayət törətdiyini anlayaraq polisə rüşvət təklif edib, lakin onun cəhdi uğursuz nəticələnib. Hazırda polis hadisənin şahidlərini axtarmaqdadır. Yerli kütləvi informasiya vasitələrində yerləşdirilən elanlarda hadisə zamanı avtobusda olanlardan polisə ifadə vermələri xahiş edilir.
 
Bu, Zelenoqradda baş verən ilk belə hadisə deyil. Bir neçə ay əvvəl şəhərdə iki kişi keçmiş gəlininin sifarişi ilə yaşlı əlil qadını döyüb və qarət ediblər. Sentyabrda isə əlil qız bir qrup yeniyetmənin hücumuna məruz qalıb. Yeniyetmələr qızı döydükdən sonra onu meşəyə apararaq diri-diri torpağa basdırmağı planlaşdırıblarmış.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2793
avatar

Oxşar yazılar

Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05