Rusiya Ombudsmanının müavini: “Mən həmin kadrları görməmişəm” - YENİLƏNİB
16 oktyabr 2013 16:08 (UTC +04:00)

Rusiya Ombudsmanının müavini: “Mən həmin kadrları görməmişəm” - YENİLƏNİB

“Bunun nə qədər düz, nə qədər yanlış olduğunu deyə bilmərəm, amma bu cür hallar Rusiya praktikasında ümumi tətbiq etmədir”. Bunu Lent.az-a Rusiya Federasiyasının Ombudsman Aparatı rəhbərinin müavini Georgi Kunadze Moskva sakini Yuri Şerbakovun qətlində ittiham edilən Azərbaycan vətəndaşı Orxan Zeynalovun Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin qəbuluna kobud şəkildə gətirilməsi, tutulma zamanı şəxsiyyətinin təhqir olunmasını əks etdirən videoları şərh edərkən deyib.

 

G.Kunadze qeyd edib ki, 25 yaşlı gənc oğlanın küçədə həyatla vidalaşması böyük narahatlıq doğurur: “Sizi narahat etmir ki, Azərbaycan vətəndaşı küçədə bıçaqla gəzir və onun istifadə etməyə hazırdır? Siz söhbətə baş verənlərə görə üzr istəməklə başlamaq istəmirsinizmi? Mənə Rusiya vətəndaşı kimi başsağlığını bildirmək istəmirsinizmi ki, 25 yaşlı gənc həyatla vidalaşıb, siz isə söhbəti onunla başlayırsınız ki, Azərbaycan vətəndaşının hüquqları onun gətirilmə zamanı pozulmayıbmı?”

 

G.Kunadze əlavə edib ki, təqsirləndirilən şəxslə bu cür rəftarı alqışlamır, amma bu praktika mövcuddur: “Baxın, “Bolotnoye işi” üzrə şübhəli şəxslər də tutulan zaman bu formada gətirilib. Təcrübədə bu cür hallar var və o, hər kəsə istisnasız tətbiq edilir. Bu yaxınlarda Rusiya vətəndaşı polisə ağır xəsarət yetirib. Onu da belə tutub gətiriblər”.

 

“Orxan Zeynalovla görüşəcəksinizmi?” sualına cavab olaraq G.Kunadze deyib ki, hələlik onun planında belə məsələ yoxdur: “Biz ancaq şikayətlər əsasında işləyirik. Həbs olunan şəxs və ya onun rəsmi nümayəndələri müraciət edərlərsə, biz onunla görüşərik. Lakin hazırda bizə kimsə müraciət etməyib və çox güman ki, etməyəcəklər. Mənim bildiyim qədər, Moskvanın azərbaycanlı icması bu hadisəyə görə narahatdır, mərhumun ailəsinə və onun yaxınlarına başsağlığını bildirir”.

 

O. Zeynalovun cinayəti törədib-törətmədiyi sübuta yetirilmədiyi halda, onun Rusiya mətbuatında “qatil, cinayətkar” kimi təqdim olunmasına gəlincə, G.Kunadze deyib ki, barəsində məhkəmə hökmü çıxmayınca, o, şübhəli şəxs sayılır: “Bildiyimə görə, həmin şəxs bundan sonra qaçıb və onu Moskvadan 120 kilometr aralıda saxlayıblar, saxlanılmasından sonra isə cinayətini etiraf edib. Düşünmürəm ki, günahsız adam gizlənər və özünə qarşı ifadə verər. Videolara gəlincə, mən həmin kadrları görməmişəm. Məndə olan məlumata görə, o, tutulan vaxt müqavimət göstərib. Ona görə də onun bəzi xəsarətlər alması mümkündür. Bu görüntülərin mətbuatda yayımlanması artıq KİV-lərin öz məsələsidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3011
avatar

Oxşar yazılar

Qubada evdə partlayış -  Yaralanan var -YENİLƏNİB

Qubada evdə partlayış - Yaralanan var-YENİLƏNİB

15 dekabr 2024 , 15:07
Bakıda ev yandı

Bakıda ev yandı

15 dekabr 2024 , 10:33
Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46