Birinci Avropa Oyunlarının açılış mərasimində Rumıniya baş naziri Viktor Ponta da iştirak edəcək.
APA-nın məlumatına görə, V. Ponta bu məqsədlə Azərbaycana gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda Rumıniya baş nazirini Azərbaycan Xarici İşlər Nazirliyinin və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.