Rusiya Federasiyası (RF) hələ Silah Satışı Haqqında Beynəlxalq Müqaviləni (SSBM)imzalamaq niyyətində deyil.
Lent.az-ın «interfaks»a istinadən məlumatına görə, Rusiya Xarici İşlər Nazirliyi təhlükəsizlik və tərk silah məsələləri üzrə departamentin direktoru Mixali Ulyanov məsələ ilə bağlı bunları deyib: «Bu günkü tədbirdə Rusiya müqaviləni imzalamayacaq. Biz bildirmişik ki, hələ lehimizə, əleyhimizə olanları araşdırırıq. Bu təhlilinin nəticəsinə uyğun olaraq, addım atacağıq».
Rusiyalı diplomat əlavə edib : «Biz silah ixracı və idxalına etibarlı nəzarəti olmayan, bu sənədin belələri üçün əhəmiyyətsiz olduğu mövqeyindən çıxışı edirik. SSBM onlarla bağlı uyğun sistem yaradacaqmı? Biz hesab edirik ki, sənəd zəifdir».
Onun sözlərinə görə, müqavilədə nəzərdə tutulmuş standartlar Rusiya üçün məqbul deyil.
Xatırladaq ki, müqavilənin imzalanmasına iyunun 3-də başlanılıb. Onun qüvvəyə minməsi üçün BMT-nin 50 üzvü onu ratifikasiya etməli idi.
Rusiya və Çindən başqa artıq 60-dan artıq dövlət bu müqaviləni imzalayıb. Xəbəri hüquq müdafiəçiləri və xeyriyyə təşkilatları alqışlayıb.