Restorana basqın edən şəxslər tutulub
06 aprel 2015 09:52 (UTC +04:00)

Restorana basqın edən şəxslər tutulub

0

Abşeron rayonunda oğurluğa cəhd göstərən 3 nəfər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə istinadən məlumatına görə, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən “Ağ Klub” restoranın giriş qapısını sındıraraq içəri daxil olan şəxsləri yaxalayıb. əməliuyyat tədbirləri nəticəsində gecə saatlarında restorandan oğurluğa cəhd edən, Şəki rayon sakinləri, 1989-cü il təvəllüdlü Məmmədov Anar Oruc oğlu və 1979-cu il təvəllüdlü Yusifov Mehman Nəbi oğlu, eləcə də Cəlilabad rayon sakini, 1980-cı il təvəllüdlü İbrahimova Xəyalə Kazım qızı tutulub. Onlar Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.

 

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 128

Oxşar yazılar