Rəmişin oğlu amnistiyaya düşdü
21 may 2013 11:11 (UTC +04:00)

Rəmişin oğlu amnistiyaya düşdü

Amnistiya Aktı 15 saylı Cəzaçəkmə müəssisəsində icra olunub


 

“Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 7 may 2013-cü il tarixli qərarının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin tabeliyində olan müəssisələr üzrə icrası davam edir. 

 

APA-nın xəbərinə görə, qərar bu gün 15 saylı Cəzaçəkmə müəssisəsində icra olunub. Burada  Amnistiya Aktının şamil olunduğu 4 nəfər məhkum azadlığa buraxılıb.

 

Azadlığa buraxılanlardan biri tanınmış gitara ifaçısı, əməkdar artist Rafiq Hüseynovun (Rəmiş) oğlu Rakif Hüseynovdur.

 

R. Hüseynov Cinayət Məcəlləsinin 234.1 maddəsi (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) ilə təqsirləndirilərək azadlıqdan məhrum edilib.

 

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qeydiyyat İdarəsinin rəisi Rafiq Ramazanov jurnalistlərə açıqlamasında Amnistiya barədə qərarın icrası haqda danışaraq deyib ki, qadın məhkumların cəza çəkdiyi 4 saylı Cəzaçəkmə müəssisəsindən 2, yetkinlik yaşına çatmayanların saxlandığı müəssisədən isə 1 nəfər azadlığa buraxılıb.

 

R. Ramazanov Amnistiya Aktının icrasına 4 ay vaxt verildiyini xatırladaraq məcburi müalicəyə cəlb olunana şəxslərin müalicə başa çatanda sonra azadlığa buraxılacaqlarını vurğulayıb.

# 4535
avatar

Oxşar yazılar

Bakıda küçədə qumbara aşkarlandı-VİDEO

Bakıda küçədə qumbara aşkarlandı-VİDEO

25 fevral 2024 , 11:42
Atasını öldürən tutuldu

Atasını öldürən tutuldu

25 fevral 2024 , 10:22
Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

Naxçıvandakı mövqelərimiz atəşə tutuldu

25 fevral 2024 , 09:31
Bakıda iki avtomobil toqquşdu

Bakıda iki avtomobil toqquşdu

25 fevral 2024 , 09:04
Ağstafada qəza: Gənclər xəsarət aldı 

Ağstafada qəza: Gənclər xəsarət aldı 

25 fevral 2024 , 08:02
Sumqayıtda kişi dəm qazından boğuldu

Sumqayıtda kişi dəm qazından boğuldu

25 fevral 2024 , 00:20
Ermənistanda  əsgər ölüb:   güllə yarasından

Ermənistanda əsgər ölüb: güllə yarasından

25 fevral 2024 , 00:09
Abşeronda PARTLAYIŞ və YANĞIN -YENİLƏNİB -VİDEO

Abşeronda PARTLAYIŞ və YANĞIN-YENİLƏNİB-VİDEO

24 fevral 2024 , 23:24