Rayonda qəzaya düşən kişi Bakıda öldü
26 sentyabr 2019 13:15 (UTC +04:00)

Rayonda qəzaya düşən kişi Bakıda öldü

Sentyabrın 23-ü Ağsuda baş verən yol qəzasında yaralanan şəxs xəstəxanada ölüb.
 
APA-nın məlumatına görə, üç gün əvvəl gecə saat 23:00 radələrində Şamaxı-Muğanlı-İsmayıllı avtomobil yolunun Ağsu çayı üzərindən keçən hissəsində körpüdən avtomobilin aşması nəticəsində yaralanan, 34 yaşlı Əkbərov Bayram Ələddin oğlu müalicə aldığı “City Hospital”da ölüb.
 
Qeyd edək ki, qəzada Bakı sakini, 39 yaşlı Şahpələngov Qüdrət Tarzən oğlu 7271 HX tranzit nömrə nişanlı "Ford" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq körpüdən Ağsu çayına düşüb. Hadisə nəticəsində sürücü Qüdrət Şahpələngov və  sərnişini, 36 yaşlı Əkbərov Bayram Ələddin oğlu ağır bədən xəsarətləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, sürücü xəstəxanada dünyasını dəyişib, sərnişinin vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə Bakıya aparılıb.
 
Xatırladaq ki, Qüdrət Şahpələngov və Bayram Əkəbərov yeznə-qayın olublar.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 586
avatar

Oxşar yazılar