<b>Rauf Mirqədirov Azərbaycandan getdi</b>
16 sentyabr 2016 16:57 (UTC +04:00)

Rauf Mirqədirov Azərbaycandan getdi

0

Jurnalist Rauf Mirqədirov Azərbaycanı tərk edərək Almaniyaya gedib.

 

Lent.az-ın məlumatına görə. bu barədə virtualaz.org-a R. Mirqədirov özü məlumat verib.

 

Jurnalist hazırda Frankfurtdadır, sonra oradan Varşavaya – seminarlara yollanacaq. Daha sonra isə o, İsveçrədə yaşayan ailəsini ziyarət edəcək.

 

R.Mirqədirov Azərbaycana qayıdıb-qayıtmayacağı ilə bağlı suala dəqiq cavab verməyib.

 

Xatırladaq Rauf Mirqədirov 2014-cü ilin aprelində həbs edilmişdi. O, ötən ilin dekabr ayında Ermənistanın xeyrinə casusluqda ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum olunmuş, sonradan isə azadlığa buraxılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 279

Oxşar yazılar