10 gün əvvəl Qusar rayonunda dirəkdən yıxılaraq xəsarət alan şəxs bu gün dünyasını dəyib.
APA -nın şimal bürosunun verdiyi məlumata görə, 1965 -ci il təvəllüdlü Zeybulla Mahmudov paytaxtda yerləşən tibb müəssisələrindən birinə yerləşdirilsə də onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Qusar rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.