Qusar rayonunda intihar hadisəsi qeydə alınıb.
APA-nın Şimal bürosunun verdiyi məlumata görə, 1995-ci il təvəllüdlü Qusar rayonu Urva kənd sakini Bayramov Əliheydər Bəhruz oğlu bıçaq xəsarəti ilə Qusar Mərkəzi Xəstəxanasına yerləşdirilib. Bir müddət sonra o xəstəxanada kəskin qanaxmadan dünyasını dəyişib.
Qusar rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, Əliheydər Bayramov özünə bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.