"Məhəllədən qumbara tapan" şəxs yaxalanıb
12 sentyabr 2016 12:56 (UTC +04:00)

"Məhəllədən qumbara tapan" şəxs yaxalanıb

0

 

Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində yaşayan Sənan İbrahimov qanunsuz silah-sursat saxlaması barədə Nizami Rayon Polis İdarəsinə əməliyyat məlumatı daxil olub.

 

Lent.az Region Tv-ə istinadən xəbər verir ki, məlumat əsasında əməliyyat tədbirlərinə başlayan polis əməkdaşları İbrahimovu yaşadığı binanın qabağında saxlamağa müvəffəq olub.

 

Müstəntiq Nizami Aslanovun verdiyi məlumata görə, İbrahimov Sənan Əjdər oğlunun idarədə üzərinə baxış keçirilib: “Baxış zamanı onun üzərindən istintaqa məlum olmayan mənbədən əldə etdiyi 1 tapança və 8 patron tapılıb.

Sonradan İbrahimovun yaşadığı mənzilə baxış keçirilən zaman oradan da döyüş üçün yararlı olan əl qumbarası aşkarlanaraq götürülüb. Hələlik silahların hansısa cinayət əməlində istifadə olunub-olunmadığı məlum deyil. Saxlanılan Sənan İbrahimov silahları saxlamaqda hansısa məqsədinin olmadığını bildirib".

 

S. İbrahimov isə ifadəsində deyib ki, tapançanı Rusiyadan gətirib: "Qumbaranı isə məhlədən tapmışam. Mənim heç kimlə şəxsi qərəzliyim olmayıb”.  

 

Qeyd edək ki, saxlanılan şəxs  bundan əvvəl də məhkumluq həyatı yaşayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar