Quldurluq və oğurluq edən şəxslər tutuldu
16 iyul 2016 18:00 (UTC +04:00)

Quldurluq və oğurluq edən şəxslər tutuldu

0

Sumqayıt ŞPİ 4-cü PB əməkdaşları quldurluq edən şəxsi tutub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 14-də şəhər sakini Nigar Cəfərovaya məxsus içərisində 280 manat və mobil telefon olan pul kisəsini quldurluq yolu ilə almaqda şübhəli bilinən həmyerlisi Taleh Alışov saxlanılıb.

 

 

Həmçinin, Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 14-də rayon sakini Cahid İmaməliyevə məxsus qapı-pəncərə sexindən 1000 manat dəyərində avadanlıq oğurlamaqda şübhəli bilinən həmyerliləri Ramin Mirzəyev və Fərəməz Əliyev də tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 372

Oxşar yazılar