
Quldurluq edən şəxs tutuldu
0
0
Bakıda quldurluq edən şəxs tutlub.
Lent.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin “102 – Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini S.Əliyeva aprelin 20-də Pirşağı qəsəbəsi ərazisində naməlum şəxsin ona qarşı zor tətbiq edərək qulağındakı qızıl sırğaları çıxardığını və içərisində şəxsiyyət vəsiqəsi, diplom, maaş kartı və 2 ədəd mobil telefon olan çantanı aldığını bildirib. DİN-dən verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Sabunçu RPİ-nin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov qısa müddətdə saxlanılıb.
Araşdırma aparılır.
0
0
Oxşar yazılar

Türkiyədə polisləri şəhid edən yeniyetmə öldü -YENİLƏNİB
8 sentyabr 2025 , 13:07
Masazırda mənzildə meyit tapıldı
8 sentyabr 2025 , 13:04
Turizm şirkətlərinin fırıldaqçılığı ilə bağlı cinayət işi açıldı
8 sentyabr 2025 , 12:42
Türkiyə vətəndaşı Bakı-Qazax yolunda qəza törətdi
8 sentyabr 2025 , 12:13
Xaçmazda "Toyota" ilə vurulan piyada öldü
8 sentyabr 2025 , 11:37
Bakıda narkokuryer saxlanıldı -VİDEO
8 sentyabr 2025 , 10:22
Bibiheybətdə istirahət mərkəzində yanğın
8 sentyabr 2025 , 09:38