Qubanın Zərdabi qəsəbəsi sakininə məxsus 13 baş xırdabuynuzlu heyvan canavarların hücumuna məruz qalıb.
Lent.az-ın “qafqazinfo”ya istinadən verdiyi məlumata görə, dünən axşam saatlarında baş verən hadisə nəticəsində qəsəbə sakini Tahir Ağayevə məxsus 13 baş heyvandan 12-si ölüb, biri isə yaralanıb. Əraziyə rayon baytarlıq idarəsinin baytarı Cümşüd Nemətov gəlib və müəyyən profilaktik tədbirlər görüldükdən sonra heyvanların cəsədləri qəsəbədən kənarda basdırılıb.
Qubanın Zərdabi kəndinə canavar hücumu
871