Qubada oğurladığı maşınla Siyəzəndə qəza törətdi
24 mart 2015 12:28 (UTC +04:00)

Qubada oğurladığı maşınla Siyəzəndə qəza törətdi

0

Qubada oğurlanan “Mercedes” markalı avtomobil Siyəzən rayonu ərasizində tapılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 21-də Bakı şəhər sakini Elvin Rəsulov Quba RPŞ-yə müraciət edərək martın 20-də Çiçi kəndindən “Mercedes” markalı avtomobilinin qaçırılmasını bildirib.

 

Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobilin Sumqayıt şəhər sakini Elvin Əliyev tərəfindən qaçırılması və Şabran rayonu ərazisində idarə edilərkən yol ayırıcısına vurulması müəyyən edilib.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar