Qubada iki maşın toqquşdu, 2 yaralı
03 oktyabr 2014 21:57 (UTC +04:00)

Qubada iki maşın toqquşdu, 2 yaralı

0

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun, Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Xaçmaz istiqamətində hərəkət edən 27-BG-021 dövlət nömrə nişanlı “VAZ 2106” markalı avtomobil Quba rayonu istiqamətində hərəkətdə olan 57-BM-469 dövlət nömrə nişanlı “VAZ-2107” markalı  avtomobillə toqquşub.

 

Qəza nəticəsində “VAZ 2107”nin sürücüsü, 1975-ci il təvəllüdlü Orucov Etibar Nadirşah oğlu, onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Orucova Xoşqədəm Vahid qızı və onların 10 yaşlı oğlu Azər müxtəlif bədən xəsarətləri alıb. Onların vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

 

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 691

Oxşar yazılar