Quba sakinində narkotik vasitə və silah-sursat aşkarlanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Sarvan kəndində Quba rayon sakini Sədrəddin Dadaşovdan 1 kiloqram 644 qram tiryək, 2 kiloqram 465 qram marixuana, nömrəsi silinmiş, lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 2 ədəd patron götürülüb.