Ötən gün Quba-Xınalıq yolunda dağ uçqunu baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 36-cı km-də qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində yol bağlanıb. Quba 6 saylı Yol İstismar İdarəsinin rəisi Aydəmir ManafovunAPA-ya verdiyi məlumata görə, 50 və 80 tonluq iki böyük qaya parçası yolun 36-cı kilometrliyinə düşərək hərəkəti məhdudlaşdırıb.
Əraziyə cəlb olunan texnikanın köməkliyi ilə yolda hərəkət bərpa olunub.