Qonşusunun yanan evini söndürərkən yaralandı
15 sentyabr 2016 13:17 (UTC +04:00)

Qonşusunun yanan evini söndürərkən yaralandı

0

Bakıda ev yanıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, sentyabrın 14-də saat 01 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Eldar adlı şəxsə məxsus evdə yanğın baş verib. Nəticədə evin yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğını söndürən qonşu Sərxan Həsənov yanıq xəsarəti aldığından ona ilkin tibbi yardım göstərilib.

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 340

Oxşar yazılar