Samuxun keçmiş icra başçısı həbsxanada ölüb
01 iyul 2015 15:18 (UTC +04:00)

Samuxun keçmiş icra başçısı həbsxanada ölüb

 

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Qobustanda yerləşən həbsxanasında məhkum ölüb.


 

Hüquq müdafiəçisi Eldar Zeynalovun APA-ya verdiyi məlumata görə, dünyasını dəyişən şəxs 75 yaşlı Hüseynov Vaqif Rza oğludur.

 

Məlumata görə, saxlanıldığı kamerada dünyasını dəyişən V. Hüseynov şəkərli diabet və digər xəstəliklərdən əziyyət çəkirmiş.

 

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov APA-ya açıqlamasında V. Hüseynovun xəstəlikdən dünyasını dəyişdiyini bildirib.

 

Qeyd edək ki, V. Hüseynov 1993-94-cü illərdə Samux rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini icra edib. O, 1993-cü ildə Gəncədə baş vermiş dövlət çevrilişində iştirakda və rayon prokuroru Şəmşir Əliyevin öldürülməsində günahlandırılaraq həbs olunub.

 

Qeyd olunan işlərlə əlaqədar V. Hüseynovla yanaşı, onun oğlu və digər iki nəfər də tutulub.

 

Məhkəmə V. Hüseynovun barəsində ölüm hökmü çıxarıb. Lakin sonradan V. Hüseynovun cəzası ömürlük azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 282
avatar

Oxşar yazılar

Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00
Şəmkirdə yaşayış evində partlayış  baş verdi

Şəmkirdə yaşayış evində partlayış baş verdi

14 dekabr 2024 , 08:43
Güclü külək Zaqatalada fəsadlar törətdi

Güclü külək Zaqatalada fəsadlar törətdi

14 dekabr 2024 , 08:19