Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri bir müddət əvvəl Azərbaycanın Qazax rayonunda sərhədi keçən Ermənistan vətəndaşına baş çəkiblər.
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya bildirib ki, görüş sentyabrın 16-da baş tutub. Saxlanılan şəxsdən ailəsi üçün məlumat alınıb.
Qeyd edək ki, avqustun 26-da Ermənistan vətəndaşı, 1961-ci il təvəllüdlü Ananyan Sarkis Norikoviç Azərbaycan-Ermənistan dövlət sərhədini pozaraq qeyri-qanuni olaraq ölkəmizin ərazisinə keçib.