Qəzaya uğrayan təyyarəmizdə<span style="color:red;"> sağ qalan 2 nəfər...
19 may 2016 09:53 (UTC +04:00)

Qəzaya uğrayan təyyarəmizdə sağ qalan 2 nəfər...

0

Azərbaycanın “Silkway” aviaşirkətinə məxsus yük təyyarəsinin Əfqanıstanda qəzaya uğraması nəticəsində sağ qalanlar Ukrayna vətəndaşlarıdır.

 

APA-nın “mk.ru” saytına istinadən verdiyi xəbərə görə, onlardan ikisinin də vəziyyəti ağırdır.

 

Qeyd edək ki, mayın 18-də “Silkway” şirkətinə məxsus yük təyyarəsi Əfqanıstanda qəzaya uğrayıb. İlkin məlumata görə, təyyarənin 9 ekipaj üzvündən 7-si həlak olub.

 

Beynəlxalq heyət tərəfindən idarə edilən təyyarənin ekipajına 5 Azərbaycan, 3 Ukrayna və 1 Özbəkistan vətəndaşı daxil olub.

 

Azərbaycan tərəfi hadisənin səbəblərini araşdırmaq üçün komissiya yaradıb.

 

Komissiya üzvlərinin bu gün hadisə yerinə gedəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 306

Oxşar yazılar