Tanzaniyada iki avtobusun toqquşması nəticəsində 36 nəfər ölüb, onlarla sərnişin xəsarət alıb. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, qəzanın səbəbləri hələlik məlum deyil. İnsident Butiama şəhəri yaxınlığında baş verib.
Tanzaniyada avtobus əsas hərəkət vasitəsi olduğundan burada yol-nəqliyyat hadisələri mütəmadi baş verir. Ölkənin nəqliyyat infrastrukturu bərbad vəziyyətdədir. Ötən il yol qəzalarında ölənlərin sayı 1878 nəfər təşkil edib.