Qəza törədib qaçdı, sürücü 4 il sonra saxlanıldı
28 iyun 2019 13:30 (UTC +04:00)

Qəza törədib qaçdı, sürücü 4 il sonra saxlanıldı

Hacıqabulda qəza törədərək qaçan sürücü saxlanılıb.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Hacıqabul rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü saxlanılaraq istintaqa cəlb edilib.
 
2015-ci il aprel ayının 10-da Hacıqabul-Şirvan yolunun Hacıqabul rayon ərazisindən keçən hissəsinin 3-cü kilometrliyində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçmək istəyən İlqar İsmayılovu vurması, sonuncunun aldığı bədən xəsarətləri nəticəsində hadisə yerində ölməsi və sürücünün hadisə yerindən yayınması faktına görə RPŞ-nin İstintaq bölməsində cinayət işi başlanılıb.
 
Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni rayon sakini Şamxal Xancanov tərəfindən törədilməsində əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Saxlanılan şəxs dindirilmə zamanı törətdiyi cinayət əməlini etiraf edərək izi itirmək üçün avtomobili ayrı-ayrı hissələr bölüb satdığını bildirib.
 
Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 506
avatar

Fəxriyyə Mahmudova

Oxşar yazılar