Xırdalanda 6 yaşlı qızın öldürülməsi faktı ilə bağlı daha bir nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 30-da 6 yaşlı Ramilə Abdulxalıqovanın döyülərək öldürülməsində təqsirli bilinən anası, Ağsu rayon sakini Samirə Yarıyeva da tutulub.
Qeyd edək ki, hadisədən sonra azyaşlının atalığı həbs edilmişdi.