Qətl və quldurluq törədən şəxslər yaxalanıblar.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi və Saatlı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kaluqa Daxili İşlər İdarəsi tərəfindən RF CM-nin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Səxavət Şükürov tutulub.
Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Nadir Mehdiyev, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə oktyabrın 17-də Səttar Məmmədzadəni qətlə yetirib hadisə yerindən qaçmış Ənvər Həsənov tutulublar.