Qətl törətmiş şəxs həbsxanada kafellə özünü doğradı<span style="color:red;"> – BAKIDA
30 mart 2016 17:57 (UTC +04:00)

Qətl törətmiş şəxs həbsxanada kafellə özünü doğradı – BAKIDA

Bakıda yerləşən cəzaçəkmə müəssisələrindən birində insident baş verib. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, dünən Binəqədi rayon ərazisində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Aydın Osmanov kəsici alətlə özünə xəsarətlər yetirib. Ona qarşı tətbiq edilən tənbeh tədbirinə etiraz edən 22 yaşlı A.Osmanov kafel qırığı ilə boğazına və bədəninin digər nahiyələrinə xəsarətlər yetirib.

 

Qeyd edək ki, A.Osmanov Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 416

Oxşar yazılar