Bakıda münaqişə zəminində qətl hadisəsi törədilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 11-də paytaxtın Xətai rayonu ərazisində Füzuli rayon sakini Laçın Teymurov münaqişə zəminində Bakı şəhər sakini Fərid Məmmədova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Xəsarət alan F.Məmmədov hadisə yerində ölüb.
Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində L.Teymurov tutulub.
Bundan başqa, ötən gün Salyan şəhəri ərazisindən şəhər sakini, əvvəllər məhkum olunmuş Ağaverdi Davudov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Ağaqulu Qurbanov tutulub.
Həmçinin, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 10-da rayon sakini Orxan Kərimova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş həmyerlisi Orxan İbadov saxlanılıb.