Millət vəkili Qənirə Paşayeva Sivasda Dağlıq Qarabağ problem, Xocalı Soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib. Lent.az-ın məlumatına görə, görüşə Sivasın Cumhuriyyet Universiteti və Türk Ocaqlarının təşkil etdiyi Universitet rəhbərlyinin, müəllim və tələbələrin, Türk Ocakları rəhbərləri və nümayəndələrinin, çoxlu sayda Sivaslının qatılıb. “100-cü ilində erməni məsələsi” adlı konfransda geniş məruzə ilə çıxış edən millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edildiyini bildirib və Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyib. Millət vəkili Qənirə Paşayeva ermənilərin 23 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , – deyib. Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd etdi. Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır. “Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib. 2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi münasibətilə erməni diaspor və lobbisinin daha böyük səylər göstərdiyini deyən millət vəkili Qənirə Paşayeva dünyanın hər yerində yaşayan türk kökənli insanları erməni yalanlarına qarşı daha ciddi mübarizəyə səsləyib. ”Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ dəədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar! ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransa və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Bu Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. “Sonda Q.Paşayeva Azərbaycan həqiqətlərinin anladan kitabları, materialları, özünün müəllifi olduğu Türkiyə türkcəsində“Hocalı Soykırımı tanıkların dilinden” kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin hazırladığı “Azərbaycan həqiqətləri” filmləri kataloqunu tədbir iştirakçılarına hədiyyə edib və gənclərin suallarını geniş şəkildə cavablandırıb.
HADİSƏ
- Ana səhifə
- HADİSƏ
Qənirə Paşayeva “100-cü ilində erməni məsələsi”ndə çıxış edib
- Xarici diplomla Azərbaycana qayıtmaq: Üstünlük, yoxsa problem?
- Arəstə Baxışovanın övladı xarici universitetlərdə təhsil almaq şansı qazandı: "Çox xoşbəxtəm"
- “Devin Media” ilə bağlı ŞOK İDDİA: “871 şikayətçi var” - Hüquqşünas SİRLƏRİ AÇDI
Oxşar yazılar
XƏBƏR LENTİ
22:18Yaponiyada atletika çempionatı zamanı 28 nəfər zəhərləndi
21:38Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı
21:35Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıdı
21:17Qalmaqallara baxmayaraq, İnfantino geri çəkilmir: Namizədliyini açıqladı
20:30Sabahın hava proqnozu
20:15Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir
19:57Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə
19:38"838"lərin arasında bir hiyləgər rəqəm gizlənir: onu 30 saniyədə tapmalısınız
19:21Gənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
19:20Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura səfəri başa çatdı
19:0465 və 82 faizli yağlar eyni deyil - Hansını harada istifadə etmək lazımdır?
19:00Gələcəyin parlaq zəkalarını yetişdirəcək təhsil mərkəzi - VİDEO
18:46Payızda artıq öz ssenariləri ilə yaşamayacaq BÜRCLƏR: taleləri əbədi dəyişəcək
18:29Sumqayıtda evdən meyit tapıldı
18:11Mbappe ən yaxşı gənc futbolçunun adını AÇIQLADI
17:54Çində 26 mərtəbəli bina cəmi 120 günə tikildi - VİDEO
17:36"44" bədii filminin üçüncü tizeri təqdim olundu - VİDEO
17:35Bakıda 50 yaşlı kişi səs-küyə yuxudan oyanıb qardaşını döydü
17:17Ən gözəl səsi olan quşlar – Bülbül ilk beşliyə düşmədi
17:0023 yaşlı şirkət rəhbərinin də Azərbaycandan çıxışına QADAĞA
16:41Mətbəx çanağına sirkə püskürtsəniz nə baş verər? - SADƏ ÜSUL
16:24Köməyə gələn ata ayını yox, oğlunu GÜLLƏLƏDİ
16:09Bakıda tez-tez qayda pozan motosikletçi həbs olundu
16:02Xarici diplomatlar “İstisu” mineral su zavodunda
15:589 yaşlı uşaq Alp dağlarının ən yüksək zirvəsini fəth etdi
15:39Azərbaycanda küçədə ölənlər – Əsas səbəb nədir?
15:21Maşın oğrusu onu tez saxlayan polislərə təşəkkür etdi
15:04"Bu il “Qızıl top”u qazanmaq üçün əla imkanım var" - Mbappe
14:46Bacı-qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti
14:34Xarici diplomatlar Xudavəng monastr kompleksini ziyarət etdi - VİDEO
14:29Birinci sinfə elektron qəbul yenidən BAŞLAYIR
14:22Misir Mərdanovdan həmin müsahibəni qalmaqala çevirənlərə CAVAB
14:10Gürcüstanda miqrantlar SAXLANILDI: azərbaycanlılar da var - VİDEO
13:53Gənc aktrisa əməliyyatdan sonra öldü
13:34Norveçdə evləri qışda belə isti saxlayırlar
13:17Gündə cəmi 1 şirin içki mədə xərçəngi riskini 2,5 dəfə artıra bilər
12:59Şirvanda maskalı oğru 20 minə yaxın pul apardı - KAMERA GÖRÜNTÜLƏRİ
12:42Pişiklər tənhalıqlarını sahiblərinə necə göstərirlər?
12:23Bakıda avtomobilin vurduğu piyada 4 gün sonra öldü
12:22Sabah 33 dərəcə isti olacaq
12:05Min illik "İncil"də təhlükəli virus tapıldı
11:48Bakıda maşın qadını vurub öldürdü
11:41Hikmət Hacıyev Gəncəsər və Xudavəng kilsələrindən DANIŞDI
11:29Bu ölkədə bəzi şəxslərə 10 illik yaşayış icazəsi verəcək
11:11Bakıda qadın küçədə öldü
10:54Azərbaycanda NADİR HADİSƏ: uşaq ananın bətnində yox, qaraciyərindədir - VİDEO
10:36İsti çay və qəhvə içənlər DİQQƏT - Bu fincanlar sağlamlığa zərər verə bilər
10:19“Barselona” cəmi bir dəfə meydana çıxan hücumçu ilə müqaviləni uzatdı
10:05Xarici diplomatlar bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar
10:00Qədim Hollandiyada dörd yaşından kiçik uşaqlar işə götürülürdü
09:41Azərbaycanlı sürücünün maşını dronla vuruldu: yanaraq öldü
09:30Günün hava proqnozu
09:25Bakıda evdən meyit tapıldı
09:09BÜRCLƏRƏ ciddi XƏBƏRDARLIQ: Bu tarixə qədər radikal qərarlar verməkdən çəkinin
09:00Günün ulduz falı
08:30Günün məzənnəsi
07:24İnsan ürəyinin infarktdan sonra özünü bərpa etmək qabiliyyəti araşdırılıb
06:38Britaniyada eşşəkarıları müəmmalı şəkildə yoxa çıxır
05:57Yeni nanolazer kompüterlərin enerji sərfiyyatını azalda bilər
05:26Gecə işığı ürəyə təsir edə bilər