Respublika Seysmoloji Xidmət Mərkəzi Qəbələdə baş verən güclü zəlzələyə dair növbəti açıqlama yayıb. Mərkəzdən Lent.az-a verilən məlumata görə, saat 09:59:33-də Qəbələdən 14 km şimali-şərqdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 6 bal, Qəbələdə 5 bal və respublikanın əksər rayonlarında 4-3 bala qədər hiss olunub.
Yeraltı təkan 5 km dərinlikdə baş verib.
***
10:28
Qəbələ rayonunda zəlzələ olub. Lent.az-ın Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 4-də, yerli vaxtla saat 09:59-da Qəbələdən 13 km şimali-şərqdə zəlzələ qeydə alınıb.
Zəlzələ 4.9 bala qədər hiss olunub. Yeraltı təkanların ocağı 11 km dərinlikdə yerləşib.