<b>Penitensiar Xidmətin rəisi kollektivə təqdim edilib</b>
11 iyun 2016 14:36 (UTC +04:00)

Penitensiar Xidmətin rəisi kollektivə təqdim edilib

0

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin yeni rəisi Ceyhun Həsənov bu gün kollektivə təqdim olunub.

 

APA-nın məlumatına görə, yeni rəisi kollektivə ədliyyə naziri Fikrət Məmmədov təqdim edib.

 

Qeyd edək ki, C. Həsənov prezident İlham Əliyevin iyunun 10-da imzaladığı sərəncamla ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi təyin olunub.

 

C.Həsənov buna qədər Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi olub.

 

Penitensiar xidmətin rəisi Mədət Quliyev 2015-ci ilin dekabrında Dövlət Təhlükəsizliyi Xidmətinə rəisi təyin edildikdən sonra Penitensiar Xidmətin rəisi vəzifəsi vakant qalırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar