Qazaxıstanda həmyerlisinə sui-qəsddə ittiham olunan azərbaycanlı qardaşlar tutuldu
26 iyun 2015 10:59 (UTC +04:00)

Qazaxıstanda həmyerlisinə sui-qəsddə ittiham olunan azərbaycanlı qardaşlar tutuldu

 

 

Qazaxıstan paytaxtında həmyerlisinə sui-qəsd törətməkdə şübhəli bilinən iki Azərbaycan vətəndaşı saxlanılıb.

 

APA-nın “newtimes.kz” saytına istinadən verdiyi xəbərə görə, Astana Daxili İşlər Departamentinin (DVD) əməkdaşlarının Kostanay vilayətinin DVD əməkdaşları ilə birgə iyunun 24-də keçirdiyi əməliyyat-axtarış tədbirlərini nəticəsində sui-qəsd törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

 

Saxlanılan şəxslər Azərbaycan Respublikasının vətəndaşı olan 26 və 28 yaşlarında iki qardaşdır.

 

Xəbərdə deyilir ki, iyun ayının 21-də gecə saatlarında xəstəxanaya oldu silahla yaralanmış, 40 yaşlarında Azərbaycan vətəndaşının yerləşdirildiyi barədə Almatı rayon Daxili İşlər İdarəsinə məlumat daxil olub.

 

“Məlum olub ki, iyunun 18-də zərərçəkmişlə saxlanılan şəxslər arasında münaqişə baş verib. İyunun 21-də isə saxlanılan şəxslər zərərçəkmişin evi önündə ona odlu silahdan iki dəfə atəş açaraq hadisə yerindən qaçıblar”, - deyə məlumatda bildirilir.

 

Fakt üzrə “dələduzluq” və “sui-qəsd” maddələri ilə cinayət işi başlanıb.

 

Araşdırmalar davam edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Oxşar yazılar