Türkiyə vətəndaşını soymuş şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da Türkiyə vətəndaşı Ayvazoğlu Şahinin 40 manat və 2050 ABŞ dolları pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Ağstafa rayon sakini Rasim Tağıyev tutulub.
Araşdırma aparılır.