Qayıq aşdı, 22 yaşlı oğlan öldü
14 iyul 2016 13:01 (UTC +04:00)

Qayıq aşdı, 22 yaşlı oğlan öldü

Daxili İşlər Nazirliyi Ağsuda baş vermiş bədbəxt hadisə ilə bağlı məlumat yayıb. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 13-də Ağsu rayonunun Muradlı kəndindəki süni balıqartırma gölündə işləyən Kürdəmir rayon sakini Ceyhun Hasilov qayıqla üzərkən qayığın aşması nəticəsində boğulub.

 

Qeyd edək ki, bədbəxt hadisə nəticəsində ölən C.Hasilovun 22 yaşı olub.

 

 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Oxşar yazılar