Qaxda 76 yaşlı kişi itkin düşdü
17 dekabr 2014 20:38 (UTC +04:00)

Qaxda 76 yaşlı kişi itkin düşdü

0

Qaxda əzgil meyvəsi yığmağa gedən 76 yaşlı qoca itkin düşüb.

 

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Qaşqaçay kənd sakini Hacı Səməndər oğlu Quliyev Qax RPŞ-ə yazılı surətdə müraciət edərək bildirib ki, atası 1938-ci il təvəllüdlü, Səməndər Hacı oğlu Quliyev 15 dekabr tarixində, saat 15:00 radələrində kəndin yaxınlığındakı dağlıq meşəlik əraziyə əzgil meyvəsi yığmaq adı ilə evdən gedərək bir daha geri qayıtmayıb.

 

Məlumatda bildirilir ki, Qax RPŞ-nin əməkdaşları və bir qrup Qaşqaçay kənd sakinləri  dağlıq meşəlik əraziyə əzgil meyvəsi yığmağa gedib geri dönməyən 76 yaşlı qocanın axtarışlarını davam etdirir. Bu saatlara qədər Səməndər Quliyevin axtarışları heç-bir nəticə verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar