Qaxda 2,5 tonadək çətənə kolu yandırıldı
25 iyun 2016 18:01 (UTC +04:00)

Qaxda 2,5 tonadək çətənə kolu yandırıldı

0

Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib.

 

 

Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, RPŞ-nin əməkdaşları "Xaşxaş-2016" şərti adı altında əməliyyat tədbiri keçirib. Nəticədə rayonun Fısdıqlı kəndi yaxınlığında istifadə olunmayan 1,2 hektar ərazidə yabanı halda bitmiş çətənə kolları aşkarlanıb. Hal şahidlərinin iştirakı ilə ümumi sayı 6 574 ədəd olan  2,435 ton çətənə kolu yığılaraq yandırılma yolu ilə məhv edilib.

 

RPŞ-dən bildirilib ki, narkotik tərkibli bitkilərin bitdiyi ərazilərin yerinin müəyyən edilərək dövriyyədən çıxarılması istiqamətində tədbirlər davam etdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar