Qardaş qardaşın qanını tökdü
02 iyul 2015 10:39 (UTC +04:00)

Qardaş qardaşın qanını tökdü

 

Bakıda bıçaqlanma hadisəsi baş verib.

 

Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Zabrat qəsəbəsində, Abbas Səhhət küçəsi 63, mənzil 8 qeydə alınıb.

 

Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Mahir Zöhrab oğlu Piriyev aralarında yaranan münaqişə zəminində qardaşı, 1979-cu il təvəllüdlü Qafar Zöhrab oğlu Piriyevi bıçaqlayıb.

 

Q. Piriyev ağır bədən xəsarətləri ilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

 

Hazırda polis M. Piriyevin tutulması istiqamətində əməliyyat axtarış tədbirlərini davam etdirir.

  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 239
avatar

Oxşar yazılar