Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonunda döyüş sursatı aşkarlanıb. Lent.az-ın FHN-nin rəsmi saytına istinadən xəbərinə görə, istifadəyə yararlı olan 1 ədəd 122 mm-lik top mərmisi mütəxəssislər tərəfindən ərazidən götürülüb.
Əməliyyat saat 00:10-da başa çatıb.